Budapeşt Hava Limanı sərnişin axınının ikiqat artacağına ümid edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Budapeşt Hava Limanı sərnişin axınının ikiqat artacağına ümid edir

Budapeşt, 21 avqust, AZƏRTAC

Macarıstanın əsas hava limanı olan Budapeştdəki Beynəlxalq Ferens List adına Hava Limanının rəhbərliyi ildə təxminən 15 milyon nəfər olan sərnişin sayının iki dəfə artacağını gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə sosial şəbəkələr vasitəsilə ictimaiyyətə videomüraciət zamanı ölkənin Baş nazirinin dəftərxanasından bildirilib.

Qeyd olunub ki, Budapeşt Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqları tam yüklənmədən uzaqdır. Bu da sərnişin axınını artırmağa imkan verir. Yeni terminal tikmək, eləcə də hava limanı ilə şəhər mərkəzi arasında nəqliyyat əlaqələrini yaxşılaşdırmaq da mümkündür.

Videomüraciətdə həmçinin qeyd olunub ki, Budapeşt hava limanı ildə 30-35 milyard forint (1 avro = 398 forint) miqdarda gəlir gətirə bilər.

Ferens List adına Hava Limanında sərnişin sayı 2023-cü ildə 20 faiz artaraq 14,7 milyon nəfər təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən (16,2 milyon nəfər) aşağıdır.

İctimai hesabatlara görə, 2023-cü ildə Budapeşt Hava Limanı 74,1 milyon avro xalis mənfəət əldə edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top