
Bu ilin yanvar-aprel aylarında 139 çoxmərtəbəli binaya təbii qaz verilmişdir
Economic-ə verilən məlumata görə, Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.Görülmüş işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 139 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir. Qeyd edək ki, həmin binalarda ümumilikdə 4994 ailə yaşayır.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
BƏNZƏR MƏQALƏLƏR
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]
-
Putindən Ərdoğana jest! Rusiya Akkuyu Elektrik Stansiyasına görə Türkiyəyə 15 milyard dollar göndərir
Rusiya Akkuyu Atom Elektrik Stansiyasına yatırımı üçün Türkiyəyə üç həftə ərzində 15 milyar dolar göndərəcək. […]
-
İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun […]