Bu ilin sonuna qədər BTQ-nin Gürcüstanda genişləndirilməsi işi başa çatacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan ərazisində genişləndirilməsi işləri başa çatdırılacaq.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, bu layihənin tam reallaşdırılması Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mühüm rolu oynadığını göstərir: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin maliyyə dəstəyi ilə inşa edilmiş BTQ dəmir yolu 2017-ci ildə istismara verilib. Digər mühüm layihə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın yanında yerləşən və müasir infrastruktura malik olan Ələt Azad İqtisadi Zonası yerli və xarici investor cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. Sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur”.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]