Bu il Türkiyədə son 53 ilin ən isti iyun ayı qeydə alınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il Türkiyədə son 53 ilin ən isti iyun ayı qeydə alınıb

İstanbul, 14 iyul, Günel Karatepe, AZƏRTAC

Bu il Türkiyədə orta temperatur göstəricisinə görə son 53 ilin ən isti iyun ayı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Hidrometeorologiya Baş İdarəsindən bildirilib.

Məlumata əsasən, iyun ayında ölkədə havanın ən aşağı temperaturu Ərzurumda (1,6), ən yüksək temperaturu isə Şanlıurfanın Ceylanpınar (47,8) rayonunda qeydə alınıb.

Xatırladaq ki, iyunda orta aylıq temperatur 21,8 dərəcədir. 1991 – 2020-ci illəri əhatə edən temperatur bu il 3,6 dərəcə yüksələrək 25,4 dərəcəyə çatıb

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top