Bu il telefondakı saatlarımızı dəyişdik, bəs gələn il? VİDEO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il telefondakı saatlarımızı dəyişdik, bəs gələn il? VİDEO

Yay vaxtına keçid rəsmən ləğv olunsa da texnoloji sistemdə bu proses hələ də tənzimlənməyib. Kompüterlər, ağıllı telefonlar avtomatik rejimdə olarkən vaxt da avtomatik yay rejiminə keçir, yəni bir saat qabağa çəkilir. Bəs bu proses necə tənzimlənməlidir?

Economic.az xəbər verir ki, “Xəzər Xəbər” mövzu ilə bağlı videomaterial hazırlayıb.

Yay vaxtına keçid ləğv olunsa da, smartfonlar və kompüterlər köhnə rejimdədir. Yəni virtual sistem hələ də yay rejiminə keçir. Bəs bu problem nədən qaynaqlanır və necə tənzimlənməlidir?

İnformasiya kommunikasiya texnologiyaları mütəxəssisi Osman Gündüz deyir ki, vaxtın dəyişdirilməsi və ya tənzimlənməsi prosesi əvvəlcədən planlaşdırılmalıdır. Saat standartını dəyişən dövlət yenilənməni beynəlxalq mərkəzə təqdim etməlidir.

Mütəxəssis deyir ki, hazırda saatların eyni rejimdə qalması üçün beynəlxalq mərkəzdə Azərbaycanla bağlı saatın standartları yenilənməldir. Bu isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Kömitəsi həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə tədbirləri ilə həyata keçirilməlidir.

Bu təkcə ölkə vətəndaşları üçün yox, ölkəyə gələn turistlər üçün də problem yaradır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top