Bu il neçə yaşayış məntəqəsi qazlaşdırılıb? - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il neçə yaşayış məntəqəsi qazlaşdırılıb?

Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 100 yaşayış məntəqəsi və yeni yaşayış massivində daşıyıcı və paylayıcı qaz təsərrüfatı infrastrukturunun qurulması işləri tamamlanıb.

APA xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev “Açıq qapı” aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu il üçün 150 kənd və yeni yaşayış massivində qaz infrastrukturunun qurulması nəzərdə tutulub.

Şöbə müdiri onu da qeyd edib ki, proqramda nəzərdə tutulan yaşayış məntəqəsinin 100-də işlər tamamlanıb, qalan 50-də isə ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

İbrahim Kərbalayev onu da əlavə etdi ki, ötən il “Azəriqaz” tərəfindən 110 yaşayış məntəqəsində daşıyıcı və paylayıcı qaz infrastrukturunun qurulması işləri həyata keçirilib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top