Bu il Azərbaycandan xaricə gedənlərin sayı artıb
Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,3% artaraq 218 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9%, Rusiya Federasiyasına gedənlərin sayı 8,4% artıb, İrana gedənlərin sayı isə 15,5% azalıb. Ölkə vətəndaşlarının 39,7%-i Türkiyəyə, 22,8%-i Rusiya Federasiyasına, 9,9%-i Gürcüstana, 8,4%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib.
Gedənlərin 70%-ni kişilər, 30%-ni qadınlar təşkil edib.
2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 29,7%-i dəmir yolu və avtomobil, 67,8%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]