
Bu il Azərbaycanda istehlakçılara 126 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin yanvar-oktyabr aylarında fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsullarının, avtomobillərin, alkoqollu içkilərin və tütün məmulatlarının satışı istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 126,6 milyon manatı istehlakçılara qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Qurumun açıqlamasında deyilir ki, Azərbaycanda uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.
Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir sıra məqamlara diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı – fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Digər məqamlar satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi, satılan malın isə ƏDV-yə cəlb olunmasıdır.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]