Bu il 19 milyon ton neft ixrac edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il 19 milyon ton neft ixrac edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin 9 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 22,7 milyon ton, ixracı isə 19 milyon ton olub.

Oxu.Az xəbər verir ki, bu dövrdə 5% artımla hasil edilmiş 36,1 milyard kubmetr qazın 17,8 milyard kubmetri ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top