Brüssel Macarıstanı sərhədlərini qoruduğuna görə “cəzalandırır”
Budapeşt, 11 avqust, AZƏRTAC
“Brüssel Macarıstanı sərhədlərini qoruduğuna görə “cəzalandırır”.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Macarıstanın Avropa İttifaqının işləri üzrə Nazirliyinin Dövlət katibi Barna Pal Jiqmond çıxış edib.
“Brüssel Macarıstanı ildə 7 mindən çox miqrantı qəbul etməyə məcbur etmək istəyir”, – deyə Jiqmond, Avropa Komissiyasının yeni miqrasiya paktı çərçivəsində sığınacaq verilməsi prosedurları haqqında qərarını qeyd edib.
O dəqiqləşdirib ki, qərara əsasən, Macarıstan miqrantların daimi qəbulu üçün 7716 yer ayırmalı, həmçinin artıq birinci ildə 15 mindən çox müraciətə baxmalıdır. Sonrakı illərdə müraciətlərin sayı üç və ya dörd dəfə arta bilər, – deyə Jiqmond əlavə edib. Onun sözlərinə görə, Macarıstanın kvotası Fransa və Almaniyanın kvotalarından qat-qat yüksəkdir və hətta Qərbi Balkan miqrant marşrutunda yerləşən Bolqarıstan və Yunanıstanın kvotalarından da artıqdır. “Yalnız iki üzv dövlətin – Macarıstan və İtaliyanın Aİ sərhədlərində miqrantları qəbul etmək imkanlarının yarıdan çoxuna cavabdeh olması qəbuledilməzdir və tamamilə irrasionaldır”, – deyə diplomat vurğulayıb.
Dövlət katibi kvotaların son üç ilin qeyri-qanuni miqrasiya statistikasına əsaslandığını bildirib və qeyd edib ki, bu formul öz sərhədlərini qeyri-qanuni miqrantlardan qoruyan və onların sayını Aİ-yə bildirən üzv dövlətləri “cəzalandırmaq” məqsədi daşıyır. Onun sözlərinə görə, bu tədbir siyasi motivli miqrasiya proseslərini qorumaq üçün “müharibə tərəfdarı, Brüsseldəki sorosçu qanadın kinli cəhdidir”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]