MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Britaniyanın nüfuzlu şirkəti “PAŞA Həyat”ı mükafatlandırdı

Azərbaycanın ən iri həyat sığortası şirkətinə – “PAŞA Həyat”a Böyük Britaniyanın nüfuzlu “Luxury Lifestyle” şirkəti tərəfindən beynəlxalq mükafat təqdim edilib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Luxury Lifestyle Award” adlı mükafatlandırma mərasimində “PAŞA Həyat”a “Customer Relationship Excellence Azerbaijan” nominasiyası üzrə xüsusi mükafat verilib.

Açılış mərasimində iştirak edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Rüstəm Məmmədov bunları qeyd edib: “İlk öncə belə bir mükafata layiq görüldüyümüz üçün bütün təşkilatçılara, həmçinin bu tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk. “PAŞA Həyat”a müştəri münasibətləri ilə bağlı mükafatın verilməsi bizim üçün çox sevindirici və qürürvericidir. İnanırıq ki, şirkətimiz müştəri məmnuniyyəti sahəsində daha yüksək mükafatlara layiq görüləcək. Çünki biz bunun üçün sistematik və professional formada çalışırıq”.

Qeyd edək ki, mərasimə Orta Şərq və MDB dövlətlərindən müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-ə yaxın şirkət qatılıb. Mərasimdə “PAŞA Həyat”ı İdarə Heyətinin üzvü, fərdi satış və marketinq şöbəsinin əməkdaşları təmsil edib.

Baş ofisi Londonda yerləşən tanınmış “Luxury Lifestyle” şirkəti öz təşəbbüsü və əldə etdiyi nailiyyətlərə görə lüks seqmentində olan şirkətlər üçün beynəlxalq mükafat təsis edib. Bu mükafatı əldə etmək istəyən şirkətlər və lüks sinif markalar müxtəlif kateqoriyalar üzrə müsabiqədə iştirak edirlər.

Mükafat şirkətlərin qərəzsiz, müstəqil və geniş miqyaslı qiymətləndirmə prinsipi əsasında həyata keçirilir. İştirakçılar siyahısına lüks seqment, müstəqil ekspertlər, biznes analitiklər, kütləvi informasiya vasitələrinin baş redaktorları və beynəlxalq şirkətlərin rəhbər şəxsləri daxildir.

Xatırladaq ki, “PAŞA Həyat” Azərbaycanda ən gənc sığorta şirkəti olmasına baxmayaraq, fəaliyyəti dövründə qazandığı uğur və nailiyyətləri ilə bir neçə beynəlxalq mükafata layiq görülüb. “Customer Relationship Excellence Azerbaijan”, “National Brand of Azerbaijan” mükafatları ilə yanaşı, cari ildə “PAŞA Həyat” şirkətinə Şərqi Avropanın nüfuzlu “Xprimm Media Group” tərəfindən “FIAR 2015 – Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda beynəlxalq səviyyəli xüsusi “Leading Life Insurance Company” və “Ən yaxşı müşətri təcrübəsi” mükafatları da təqdim olunub.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: