Britaniyada iğtişaşlar başlayandan bəri təxminən 380 nəfər saxlanılıb
Bakı, 6 avqust, AZƏRTAC
Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 380-ə yaxın şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Polis Rəisləri Şurasının rəhbəri Gavin Stevens bildirib.
O vurğulayıb ki, polis vətəndaşların təhlükəsizliyini qorumaq üçün mümkün olan hər şeyi edir. “Bu, lazımsız zorakılıqdır və biz Vətəndaşlara Məsləhət Bürosu və kitabxana kimi mühüm icma mərkəzlərin tamamilə məhv edildiyini gördük”, – deyə Stevens söyləyib.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]