
Britaniya xarici tələbələrə ailə üzvlərini gətirməyi qadağan edəcək
Böyük Britaniya hökuməti əcnəbi tələbələrə ailə üzvlərini özləri ilə krallığa gətirməyə icazə verməyəcək.
Krallığın Daxili İşlər Nazirliyi ölkədə miqrasiyaya qarşı mübarizədə sərtləşdirmə qaydalarına əl atıb.
Qeyd edilir ki, yeniliklərin qüvvəyə mindiyi 2024-cü ilin yanvar ayından tələbələr öz qohumları üçün uzunmüddətli viza üçün müraciət edə bilməyəcəklər. Müvafiq qərarın aspirantlara aid olmadığı qeyd edilir.
Həmçinin, tələbələr təhsilləri başa çatana qədər viza növünü təhsildən işə dəyişə bilməyəcəklər.
Böyük Britaniyanın baş naziri Rişi Sunakın nümayəndəsi qərarı şərh edərkən bildirib ki, hökumətin məqsədi miqrasiya göstəricilərini azaltmaqdır. O, 2019-cu ildən 2022-ci ilə qədər Böyük Britaniyada təhsil alan tələbələrin qohumlarına verilən vizaların sayının 8 dəfə artdığına diqqət çəkib.
Mənbə: Sky News
BƏNZƏR MƏQALƏLƏR
-
Türk Hava Yolları Qətərə satılır? – FOTO
Türk Hava Yollarında (THY) mətbuat üzrə müşavir Yəhya Üstün şirkətin Qətərə satılması ilə bağlı məsələyə […]
-
Türkiyəyə gedən azərbaycanlıların sayı artıb
Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 52 min 398 nəfər azərbaycanlı səyahət edib. Oxu.Az Türkiyənin Mədəniyyət […]
-
“Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirə təşkil olunub – YENİLƏNİB + FOTO
Mayın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və […]