
Braziliyada 20 Yanvar faciəsinin qurbanları anılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Qara Yanvar – Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyi tərəfindən diplomatik korpus, Braziliyanın hökumət, Konqres və yerli media nümayəndələrinin iştirakı ilə anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi ilə tanış olublar. Faciəni əks etdirən filmi izləyən qonaqlara hadisənin tarixi haqqında, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin yanvarın 20-də xalqımıza qarşı törədilən misli görünməmiş cinayət barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən səfir Rəşad Novruz bildirib ki, Qara Yanvar faciəsi tariximizə qanlı, lakin şanlı bir səhifə kimi yazılıb. Qeyd edib ki, bu tarix yeni müstəqillik tariximizin başlanğıc nöqtəsidir. Səfir xalqımızın iradəsi, dözümlülüyü, birliyi nəticəsində müstəqillik əldə etməyimizdən, Ulu Öndərin gənc, müasir siyasi tariximizdə göstərdiyi xidmətlərdən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqırımlarına siyasi və hüquq qiymət verilməsində atdığı qəti və şücaətli addımlarından bəhs edib. Eyni zamanda, faciəni törətməkdə səbəbkar M.Qorbaçovun Azərbaycan xalqı tərəfindən heç vaxt bağışlanmayacağını vurğulayıb.
“Səfirlik cari il ərzində bundan sonra da təşkil ediləcək bütün tədbirlərdə Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin müstəqilliyi, sosial-iqtisadi inkişafı naminə bütün səylərini var gücü ilə səfərbər etmiş Ulu Öndərin xatirəsinə xüsusi diqqət ayıracaq”, – deyən Rəşad Novruz çıxışını yekunlaşdırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
Bakı, 8 fevral, AZƏRTAC Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS […]
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]
-
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb. […]