Böyük Britaniyanın XİN rəhbəri: İsrailə silah ixracı davam edəcək
London, 10 aprel, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailə silah ixracının davam edəcəyini deyib.
AZƏRTAC xəbər verir ki, XİN rəhbəri bu barədə amerikalı həmkarı Antoni Blinkenlə birgə keçirilən mətbuat konfransında deyib. O, İsrailin HƏMAS-a qarşı müharibədə humanitar qanunları pozub-pozmadığına dair nazirlərə verilən son hüquqi məsləhətləri nəzərdən keçirdiyini bildirib.
“Hüquqi məsləhətləri nəzərdən keçirdikdən sonra ixrac lisenziyaları ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz hüquqi məsləhətləri nə dərc edirik, nə də şərh edirik. Lakin ona uyğun hərəkət edirik, biz qanuna tabe olan bir hökumətik və belə də olmalıdır”, – deyə xarici işlər naziri İsrailə silah ixracının davam edəcəyini bildirib.
Ancaq o, əlavə edib ki, Qəzzaya humanitar yardımın daxil olması ilə bağlı Britaniyanın narahatlıqları hələ də davam edir.
Qeyd edək ki, Mühafizəkarlar partiyasının bəzi yüksək vəzifəli şəxsləri Qəzzada artan humanitar böhran və “World Central Kitchen” xeyriyyə təşkilatındakı üç britaniyalı könüllünün öldürülməsindən sonra İsrailə silah ixracını dayandırmağı üçün Britaniya hökumətinə təzyiqlər edir.
Britaniya şirkətləri İsrailin ümumi silah idxalının təxminən 0,02 faizini təmin edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
BƏNZƏR MƏQALƏLƏR
-
Superkubok: “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib
Bakı, 11 aprel, AZƏRTAC Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı […]
-
Bakıda mənzildə bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib
Bakı, 11 aprel, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi […]
-
MN: Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur
Bakı, 11 aprel, AZƏRTAC Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı […]