Böyük Britaniya İrana yeni sanksiya tətbiq edib
London, 2 avqust, AZƏRTAC
Böyük Britaniya İrana qarşı yeni sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç üzvünə sanksiyalar tətbiq edilib. SEPAH-Qüds qüvvələrinin yüksək rütbəli bölmə komandiri Benham Şəhriyari, İranın kosmik agentliyinin keçmiş rəhbəri və SEPAH Qüds qüvvələrinin bölmə komandiri Həmid Fazeli və SEPAH generalı Əbdülfəttah Ənvazian sanksiya tətbiq olunan şəxslər arasında yer alırlar.
Sanksiyalara əsasən onların Britaniyaya səyahət etmələrinə qadağa qoyulur və maliyyə aktivləri dondurulur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]