Bosniya ordusunun keçmiş zabiti serblərə qarşı müharibə cinayətlərində ittiham olunur
Sarayevo, 4 sentyabr, AZƏRTAC
Bosniya və Herseqovina müharibəsində keçmiş briqada komandiri olmuş Ramaz Durakoviç serblərə qarşı müharibə cinayətlərində ittiham edilir.
AZƏRTAC xəbər verir ki, Bosniya ordusunun 43-cü briqadasının komandiri kimi R.Durakoviçə 1993-cü ildə Çayniçe bölgəsinin yaxınlığındakı kəndlərə hücumlar zamanı mülki serblərə qarşı hərbi cinayətlər törətmək ittihamı irəli sürülüb. Bosniya Əyalət Məhkəməsi hərbi cinayətlər törətməkdə günahlandırılan R.Durakoviçlə bağlı ittihamnaməni təsdiqləyib.
Durakoviç tabeliyindəki qoşunlarının törətdiyi cinayətlərdən xəbərdar olmaqda, günahkarların cəzalandırılması üçün lazımi tədbirlər görməməkdə ittiham olunur. Onun rəhbərlik etdiyi briqada üzvlərinin serblərin məskunlaşdığı Sapiçe, Trpinye və Troyan kəndlərində dinc sakinləri öldürdüyü bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]