Bosfor boğazından keçid haqqı artırılır: Azərbaycan gəmilərinə də aiddir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bosfor boğazından keçid haqqı artırılır: Azərbaycan gəmilərinə də aiddir

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını iki dəfə artıracaq. Qərar Azərbaycan gəmilərinə də aiddir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı “Report”a təsdiq edib.

“Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollar keçid haqqı ödəyirdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq”, – deyə o, əlavə edib.

Yeri gəlmişkən qeyd edək ki, Misir də 2023-cü il yanvarın 1-dən Süveyş kanalından keçid haqqını artırır. Bu barədə kanal idarəsinin rəhbəri Osman Rabie xəbər verib. Onun sözlərinə görə, 2023-cü il ərzində yük daşıyıcıları və kruiz gəmiləri üçün tranzit ödənişləri 10%, digər növ gəmilər üçün isə 15% artacaq.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top