
“Borussiya” futbolçusu Mats Hummelslə müqaviləni yeniləyib
Bakı, 25 may, AZƏRTAC
Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Mats Hummelslə müqaviləni yeniləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Otuz dörd yaşlı hücumçu klubla 2024-cü ilin yayınadək müqavilə imzalayıb. Futbolçunun əvvəlki müqaviləsi isə bu ilin yayınadək idi.
Qeyd edək ki, 2008-2016-cı illərdə də “Borussiya”da oynayan Hummels 2019-cu ildə yenidən bu komandaya qayıdıb. O, “Borussiya” ilə iki dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Bu mövsüm futbolçu 37 oyun keçirib və 1 qol vurub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]