BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
Astana, 28 iyul, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammitində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, A.Quterreş ŞƏT, BRİCS, Afrika Birliyi və ya İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq birliklərin BMT-nin əsas tərəfdaşları olmalı olduqlarını söyləyib.
“Bəzi hallarda BMT-nin həll edə bilmədiyi problemləri regional təşkilatlar həll edə bilərlər. Bu baxımdan istər Afrika Birliyi, istər Avropa İttifaqı bizim üçün vacib tərəfdaşlardır”, – deyə BMT Baş katibi əlavə edib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Hazırda təşkilatın 9 üzvü var.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]