Biznes plan üçün marketinq strategiyaları – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Biznes plan üçün marketinq strategiyaları

Şirkət və biznes sahibləri öz biznes planlarında müxtəlif marketinq strategiyalarını qeyd edirlər. Bu marketinq strategiyalarının tərkibinə məhsullar haqqqında ətraflı məlumat,habelə, qiymətləndirmə,təsisat və təsnifat barədə informasiya daxil olur. Siz həmçinin sənayenin rəqabət mühitini qiymətləndirməlisiniz. Bundan əlavə, sizin biznes planı üçün marketinq strategiyalarınız müştərilərinizin ətrafında  mərkəzləşməlidir. Biznes plan hazırlayarkən tələsməyin! Biznesinizə təsir edən bütün hərəkətverici qüvvələri qeyd edin.

Bazar analizi.
Biznes plan üçün mühüm olan marketinq strategiyalarından biri bazar və ya sənayenin öyrənilməsidir. Yeni qanun və ya əsasnamənin sizin sənayeyə təsir edib-etmədiyini araşdırın. Müsadirə və ya qablaşmanın etiketlənməsi  qanunları biznesinizə təsir edə bilər. Həmçinin, sənayedə əsas rəqiblərin kimlər olduğunu öyrənin. İnternetdə sənayeniz haqqında məlumat axtara bilərsiniz. Başqa bir alternativ “Nielsen” və ya “Forrester Research” kimi şirkətlər haqqında ikinci dərəcəli araşdırma tələb edir. İkinci dərəcəli araşdırma məlumatların toplanması, yenidən işlənməsi və təhlil edilməsidir. Bu məlumatları qəzet, jurnal, hökumət və xüsusi mətbuat orqanlarından toplayırlar.

Məhsul xəttinin təyin edilməsi.
Siz biznes plana eyni zamanda məhsul xətti barədə məlumat da daxil edə bilərsiniz. Unikal xüsusiyyətlər daxil olmaqla, hansı məhsulu bazara çıxarmaq və ya məhsul xəttinə əlavə etmək planınınzı qeyd edin. Məhsullarınızın necə bölüşdürüləcəyini və paylanacağını müəyyənləşdirin. Məsələn, siz içkiləri həm pərakəndə həm də topdan satış mağazalarına paylaya bilərsiniz.

Siz biznes planınızda əsas qiymət strategiyalarını da qeyd etməlisiniz. Məhsulun dəyərinin rəqiblərinizlə eyni, yoxsa daha aşağı olacağına qərar verin. Siz istehsal xərclərini nisbətən tez ödəmək üçün yeni məhsulları daha yüksək qiymətlə bazara çıxara bilərsiniz.

Təqdimat Strategiyası.
Biznes plana bütün təqdimat və reklam planlarınızı daxil edin. Hansı reklam mediyasından(internet, birbaşa poçt, reklam nümayişi, radio və ya televiziyada təqdimat)  istifadə edəcəyinizi qərarlaşdırın.Həmçinin, hər növ reklam üçün nə qədər pul xərcləyəcəyinizi biznes planda göstərin. Bundan əlavə, ictimai tədbirlər kimi bütün xüsusi təqdimatları biznes plana daxil edin.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top