Bir sıra məhsullar ƏDV-dən azad edilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bir sıra məhsullar ƏDV-dən azad edilir

Dəyişiklikdə bir sıra məhsulların idxal və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilkatikası ,diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad olunacaq.

İkinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır və hər 100 kv. metr üçün 10 manat müəyyən edilir.

Qeyd edək ki, təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top