Biləsuvarda əmək yarmarkası keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Biləsuvarda əmək yarmarkası keçirilib

Biləsuvarda 30-a yaxın işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialı və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Biləsuvar rayonunda fəaliyyət göstərən 30-a yaxın dövlət müəssisəsi və özəl şirkətin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 800-dən çox vakansiya təqdim olunub.

Yarmakada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top