Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bakı, 25 avqust, AZƏRTAC

Saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

Göygöldə duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top