
“Beynəlxalq Sığorta Şirkəti” müştərilərə unikal xidmət təklif edir
“Beynəlxalq Sığorta Şirkəti” İnformasiya Texnologiyalarının tətbiqi ilə yeni sığorta məhsullarının hazırlanması istiqamətində öz ənənəsinə sadiq qalaraq, müştərilərinə yeni xidmət təklif etməyə başlayıb.
Azərbaycanda ilk dəfə tətbiq olunan bu xidmət sayəsində, xarici ölkələrə səfərə gedən şəxslər səyahət sığortası şəhadətnaməsini vaxt itirmədən, dünyanın hər bir nöqtəsindən, bir neçə saniyə ərzində əldə edə bilərlər. Bunun üçün sadəcə internetdən yararlanaraq, günün 24 saatı və həftənin 7 günü ərzində şirkətinwww.iic.az internet səhifəsinə daxil olub, lazım olan sığorta paketini seçmək lazımdır. Müştəri tərəfindən internet səhifəsində təqdim olunan forma doldurulduqdan və hesablanmış sığorta haqqı bank kartları vasitəsi ilə ödənildikdən bir neçə saniyə sonra, hazırlanmış sığorta şəhadətnaməsi onun elektron ünvanına göndərilir. Müştəri həmin şəhadətnaməni elektron daşıyıcılara köçürə və ya tələb olunan yerə təqdim edilməsi üçün çap edə bilər.
Şirkətdən bildirilib ki, sistem bir neçə müddət test rejimində işlədilərək, istifadəyə tam hazır vəziyyətə gətirilib. Respublikanın sığorta bazarında “Beynəlxalq Sığorta Şirkəti”nin yeganə şirkət olaraq təklif etdiyi bu yeni xidmətin özəlliyi ondan ibarətdir ki, sığorta şəhadətnaməsi alarkən, müştərinin şirkətin əməkdaşları ilə təmasda olmasına ehtiyac qalmır.
Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.
BƏNZƏR MƏQALƏLƏR
-
Pensiya ödənişləri 6% artıb
Yanvar-iyul aylarında pensiya ödənişlərinə 164 mln. manat çox olmaqla 2 mlrd. 882 mln. manat yönəldilib […]
-
1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib
Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib Prezident İlham Əliyevin […]
-
Alimlər Yerinkindən milyon dəfə güclü maqnit sahəsi yaratdılar – FOTO
Çinli mütəxəssislər bu günə qədər mövcud olanlar içində ən güclü maqniti yaradıblar. Onun fərqləndirici xüsusiyyəti […]