Beş yaşınadək uşaqların nəm salfetlərdən istifadə etməsi məsləhət deyil
Nəm salfetlər gündəlik həyatda ən çox istifadə edilən təmizlik vasitəsidir. Evin, iş masalarının tozunun alınmasında, yeməkdən əvvəl və sonra əllərin silinməsində istifadə olunur. Lakin təmiz və gigiyenik hesab olunan salfetlərin zərərli tərəfləri də var.
Nəm salfetlər azyaşlı övladı olan valideynlər üçün daha rahat və əlverişli sayılır. Lakin uşaqların dərisinin daha həssas olduğunu nəzərə alsaq, kimyəvi maddələrin onlara vurduğu zərəri təxmin etmək elə də çətin deyil.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin fikrincə nəm salfetlərdə olan xlor, parabenlər və benzoy spirti uşaqların dərisində əksər hallarda dəri xəstəliklərinə, xüsusilə kontakt allergik dermatitlər və bəzən ekzemalara səbəb olur. Salfetin tərkibində olan parabenlərin müxtəlif qoxuları var. Onların astma xəstəliyi yaratma ehtimalı var. Nəm salfetlərdən istifadə ediləndən sonra quru salfet və ya adi su ilə təmizləmək çox vacibdir.
Mütəxəssislər tövsiyə edirlər ki, bu cür salfetlərdən istifadəni azaltmaq çətindirsə, tərkibində ətir və spirt olmayan salfetlərdən istifadə olunsun. Üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən ümumiyyətlə istifadə etmək olmaz:
“Hər dəfə gigiyenik vasitə kimi tualet kağızı əvəzinə nəm salfetlərdən istifadə edilməsi uşaqların büküş nahiyələrində nəm mühit yaradır.
Ona görə də 5 yaşınadək uşaqların ondan istifadə etməsi məsləhət deyil. Doğrudur, söhbət heç də bütün nəm salfetlərdən getmir. Salfetlərin üzərində onların tərkibi, xüsusiyyətləri haqqında yazılanları da var. Lakin bunların əks olunmadığı və gigiyenik baxımdan sağlam hazırlanmayan salfetlər təhlükə yarada bilər.
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]