
Berdiməhəmmədov Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini təklif etdi
Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri, eks-prezident Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.
O, bu barədə Türk Dövlətləri Təşkilatının (TDŞ) Ankarada keçirilən sammitində bəyan edib.
Berdiməhəmmədovun sözlərinə görə, görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan Ərdoğanı artıq 22 ildir yaxından tanıyır.
Sabiq prezident həmçinin vurğulayıb ki, Türkiyə lideri təkcə öz xalqının deyil, bütün müsəlman xalqların dinc həyatını təmin etmək üçün çox iş görür.
“Bunun əsasında Türkiyə Respublikası prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təklif edilir. Biz bütün müvafiq təklifləri tam dəstəkləyirik. O, bu beynəlxalq mükafata layiq liderdir”, – deyə Türkmənistanın keçmiş rəhbəri bildirib.
Xatırladaq ki, ötən ilin sonlarında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiya ilə Ukrayna arasında sülh əldə etmək üçün göstərdiyi fəaliyyətə görə ölkə başçısının Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüləcəyini bəyan etmişdi. Cari ilin əvvəlində isə Pakistan Senatının sədri Məhəmməd Sadik Sancrani eyni səbəbdən Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini açıqlayıb. Bundan başqa, rəsmi Budapeşt də (Macarıstan) Türkiyə prezidentinin bu mükafata namizədliyinin irəli sürülməsinin tərəfdarı olduğunu bəyan edib.
Mənbə: “Neytral Türkmənistan” qəzeti
BƏNZƏR MƏQALƏLƏR
-
Yüzlərlə alim süni intellektin dayandırılması üçün imza topladı: “Hökumətlər işə qarışmalıdırlar!”
Mindən çox alim və mütəxəssis süni intellektin dayandırılması ilə bağlı məktub imzalayıb. Məktubda süni intellekt […]
-
Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu
“Walt Disney” şirkəti xərclərin azaldılması kampaniyası çərçivəsində “Marvel Entertainmentin sədri İsaak Perlmutteri istefaya göndərib. Onun […]
-
2023-cü ilin ən yaxşı Hollivud stilistləri açıqlanıb – FOTO
“The Hollywood Reporter” 2023-cü ilin ən yaxşı Hollivud stilistlərinin siyahısını tərtib edib. Müvafiq material nəşrin […]