Bərdədə keçirilən mini futbol turnirində 16 komanda mübarizə aparıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bərdədə keçirilən mini futbol turnirində 16 komanda mübarizə aparıb

Bərdə, 7 may, AZƏRTAC

Bərdə Rayon Gənclər və İdman İdarəsinin, Ağsaqqallar Şurasının və Peşə Liseyinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların komandaları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş mini-futbol idman növü üzrə xatirə turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, püşkatma yolu ilə olimpiya sisteminə uyğun olaraq keçirilən turnirdə 16 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Təhsil sektorunun komandası kuboka sahib olub.

Yer tutmuş komandalar və turnirin hakimləri müvafiq diplom və təşəkkürnamə ilə təltif olunub.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top