Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır.

Bu barədə jurnalistlərə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç məlumat verib.

“İndi biz yeni ciddi addım barədə razılığa gəlmişik. Aqroşəhərcik kimi konkret yaşayış məntəqəsinin salınması planlaşdırılıb. Biz Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə işləyəcəyik, çünki burada məqsədimiz insanları təkcə rahat mənzillərlə təmin etmək deyil, həm də onlara münasib iş yerləri vermək istəyirik.

Düşünürəm ki, yaxın bir neçə ay ərzində biz bununla bağlı konsepsiyanı hazırlayaraq azərbaycanlı həmkarlarımıza təqdim edəcəyik”, – deyə o bildirib.

Mənbə: Belta.by

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top