BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb
Bakı, 19 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan beynəlxalq humanitar fəaliyyətinə görə Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) mükafatına layiq görülüb. ADPA-nın mükafatı hər il bölgə xalqları və ölkələri arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasına töhfə verən təşkilatlara və insanlara təqdim edilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu il ADPA-nın birinci mükafatı siyasi nizamlanmaya və ya fəlakətli hadisələrin qurbanlarının sarsıntılarını yüngülləşdirən həyativacib humanitar yardım üçün müstəsna səylərə həsr olunub.
“Şeyx Məhəmməd bin Zayedə beynəlxalq humanitar fəaliyyətinə görə birinci ADPA mükafatının təqdim olunduğunu elan etmək bizim üçün böyük şərəfdir. Əlahəzrət, on illərdir ki, sülhü, insan həyatını və firavanlığı qorumaq üçün çeşidli fəaliyyətlərdə şəxsən iştirak edərək, bütün dünyada fəal humanitar fəaliyyət göstərir. Onun qlobal sabitliyin möhkəmlənməsinə verdiyi töhfə, digər ölkələrin liderləri üçün bu nüfuzlu mükafatın gələcək laureatlarının qarşısında yüksək hədəflər müəyyənləşdirən bir nümunədir”, – deyə ADPA sədri Enaam Mayyara bildirib.
ADPA 2005-ci ildə yaradılıb və Aralıq dənizi və Fars körfəzi ölkələrinin parlamentlərini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilat yarandığı gündən bəri 1990-cı illərin əvvəllərində qurulan Aralıq dənizi Təhlükəsizlik Və Əməkdaşlıq Konfransının hüquqi varisi kimi çıxış edib.
Assambleyanın əsas vəzifəsi üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlığın gücləndirilməsi, regional problemlərin həlli, Aralıq dənizi regionunda və ondan kənarda sülhün və sabitliyin möhkəmləndirilməsidir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]