“BBC Travel” Azərbaycan tarixi və mədəniyyətinə həsr olunmuş reportaj hazırlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“BBC Travel” Azərbaycan tarixi və mədəniyyətinə həsr olunmuş reportaj hazırlayıb

Böyük Britaniyanın məşhur “BBC Travel” portalı Azərbaycana səfər, onun əsas tarixi görməli yerləri haqqında material hazırlayıb.

“Azərbaycan – Qafqazın Odlar Yurdu” adlanan məqalədə Azərbaycan mədəniyyəti ilə Zərdüştlük arasında dərin bağların mövcud olduğundan söhbət açılır.

“Zərdüştlüyün (dünyanın ən qədim monoteist dinlərindən biri) 3000 il əvvəl bölgəyə gəlməsi ilə od Azərbaycan mədəniyyətində və mifologiyasında dərin kök salıb”, – deyə məqalədə bildirilib.

Bundan əlavə, reportajda Qız qalası, Suraxanıda və Quba rayonunun Xınalıq kəndində yerləşən Atəşgah məbədlərindən söhbət açılıb.

Bildirilir ki, qədim Zərdüştlük mədəniyyəti müasir Azərbaycan əhalisinin adət-ənənələrində öz əksini tapıb.

“Hazırda azərbaycanlıların əksəriyyəti müsəlman olsalar da, Zərdüşt inancları, adət-ənənələri müasir mədəniyyətdə mövcud olmaqda davam edir. Hər il yazın gəlişini qeyd etmək üçün Azərbaycanda Novruz bayramı keçirilir. Bu ənənə Zərdüştlük folkloru ilə formalaşıb, Novruz isə Azərbaycanın ən böyük bayramlarından biri kimi qeyd olunur”, – deyə məqalədə qeyd olunub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top