Bayden NATO sammiti çərçivəsində Zelenski ilə görüşəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bayden NATO sammiti çərçivəsində Zelenski ilə görüşəcək

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və Kiyevlə ikitərəfli sazişlər imzalayan digər ölkələrin liderləri ilə birgə görüş keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

“Sammit çərçivəsində Bayden Prezident Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan təxminən 20 müttəfiqimiz və tərəfdaşımızla tədbir keçirəcək”, – deyə ABŞ rəsmisi qeyd edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top