Bayden Meksikadan gələn miqrantlara sığınacaq verilməsini qadağan edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bayden Meksikadan gələn miqrantlara sığınacaq verilməsini qadağan edib

Vaşinqton, 4 iyun, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden Meksikadan ABŞ-a qanunsuz keçən miqrantlara sığınacaq verilməsini qadağan edən əmr imzalayıb.

AZƏRTAC Ağ evə istinadən xəbər verir ki, qanunsuz miqrantlara sığınacaqların verilməsi ilə bağlı yeni tədbirlər müvəqqəti xarakter daşıyır. Bildirilir ki, tədbirlər sərhədi keçənlərin sayı əhəmiyyətli dərəcədə azaldıqdan sonra ləğv ediləcək.

Yeni əmr səlahiyyətli şəxslərə sayları müəyyən olunmuş həddi keçdikdən sonra qanunsuz miqrantları dərhal deportasiya etmək hüququ verir.

“İmmiqrant qəbul edən ölkə kimi Amerikanı bir ölkə olaraq qorumaq üçün ilk növbədə sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik”,- deyə C.Baydenin yeni əmrlə bağlı açıqlamasında deyilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top