
Baş nazir Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə T.Konyetskonun və J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” reqatasında iştirakı yüksək qiymətləndirilib.
Turnirin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində – Suqovuşanda keçirilməsi məmnunluqla vurğulanıb, yarışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırılıb.
Eyni zamanda, Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər
Bakı, 28 may, AZƏRTAC Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün […]
-
İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək
Bakı, 28 may, AZƏRTAC İtaliyada ən azı 15 milyon doza koronavirus peyvəndi məhv ediləcək. AZƏRTAC […]
-
DGK: Dörd ayda ixrac edilən polipropilenin dəyəri 44,2 milyon dollar olub
Bakı, 28 may, AZƏRTAC Dörd ayda Azərbaycandan 42 min ton polipropilen ixrac edilib. Dövlət Gömrük […]