“Barselona”nın aparıcı futbolçusu mövsümün ilk oyununu buraxacaq
Bakı, 17 avqust, AZƏRTAC
İspaniyanın “Barselona” komandasının aparıcı futbolçusu İlkan Gündoğan La Liqada mövsümün ilk oyununu buraxacaq.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, zədəli olan 34 yaşlı yarımmüdafiəçinin adı “Valensiya” ilə görüş üçün heyətə salınmayıb.
Almaniyalı oyunçu “Joan Qamper” yoldaşlıq turnirində Fransa təmsilçisi “Monako” ilə matçda sıradan çıxıb.
Qeyd edək ki, “Valensiya” – “Barselona” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]