MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Banklar indiki vəziyyətdə vətəndaşa müqavilənin vaxtının uzadılmasından başqa heç bir güzəşt edə bilmir”

Devalvasiyadan sonra problemli kreditlərin məbləği də artmağa başladı. Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddindədir.
Belə olduqda vətəndaşın krediti ödəməsi mümkün deyil. Bu mümkünsüzlüklər də problemli kreditlərin sayını artırır. Təbii ki, vəziyyət bu cür də davam edə bilməz. Çünki vəziyyətin bu cür davam etməsi yaxşı bir şey vəd etmir.
Digər tərəfdən, ölkədə bank sektorunda real vəziyyətin necə olduğu kifayət qədər aydındır. Faktik olaraq kreditləşdirmə dayanıb, əmanətlər üzrə faizlərin ödənilməsi çətinləşib, əmanət cəlbi səmərəsiz bir hala gəlib çıxıb. Vaxtilə verilmiş kreditlər üzrə borclar isə xeyli çoxalıb. Özü də bu vəziyyət heç də keçən il ərzindəki devalvasiyalar nəticəsində yaranmayıb. Bank sektorunda problemlərin çoxu hələ bir neçə il öncədən mövcud idi. Mərkəzi Bankın (AMB) ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurunun məhdudlaşdırılması, habelə onların nizamnamə kapitalları həcminin 10 milyon manatdan 50 milyona qaldırılması tələblərini xatırlamaq kifayətdir. İndi bu sahədə vəziyyət yetərincə mürəkkəbdir. Birinci devalvasiyadan 1 il 3 ay vaxt keçsə də, hələ də problemli kreditlər məsələsi öz həllini tapmayıb. Olduqca ziddiyyətli və sanki çıxılmaz bir vəziyyət yaranıb. Belə ki, ya bankların müştərilərinin mənafeyi qorunmalı, ya da maliyyə qurumlarının likvidliyi normal vəziyyətə gətirilməlidir. Məsələ bundan ibarətdir ki, bunların heç birini bir-birindən təcrid olunmuş şəkildə həll etmək mümkün deyil. Bütün bu deyilənlərin fonunda banklar devalvasiyadan sonra müştərilərə hansısa güzəşt edibmi?  bu müddət ərzində banklar yalnız kreditlərin ödənilmə vaxtını uzadıb: “Bir məqamı nəzərə almaq lazımdır ki, devalvasiyadan vətəndaşlar əziyyət çəkdiyi kimi, həmçinin, banklar da əziyyət çəkib. Çünki bankların öz öhdəlikləri də xarici valyuta ilədir, yəni ABŞ dolları ilə. Ona görə də banklar tərəfindən hansısa çevik addımlar atmaq bir qədər çətindir. Bu ərəfədə Mərkəzi Bank xüsusi tədbirlər görməli idi. Fikrimcə, mövcud vəziyyətlə əlaqədar elə addımlar atmaq lazımdır ki, həm bankların, həm də vətəndaşların maraqları qorunsun. Bankları vətəndaşlarla üz-üzə qoymaq düzgün yanaşma deyil. Banklar indiki vəziyyətdə vətəndaşa müqavilənin vaxtının uzadılmasından başqa heç bir güzəşt edə bilmir. Ancaq onu da nəzərə almaq lazımdır ki, restrukturizasiya çıxış yolu deyil. Çünki 1 il ərzində milli valyuta öz dəyərini 94 faiz itirib. Konkret  tədbir görulməli  və konkret orta bir rəqəm seçilməlidir ki, optimal həll yolu tapılsın. Məsələn, dollar kreditlərini tutaq ki, 1,05-1,15 nisbəti ilə tələb etmək olar. Elə vətəndaş var 2 dəfə devalvasiyanın təsirinə məruz qalıb. O baxımdan hansısa güzəşt olmalıdır”.

 

İldırım Qurbanov- iqtisadçı ekspert

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: