“Bank of America” 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına sponsorluq edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Bank of America” 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına sponsorluq edəcək

Bakı, 16 avqust, AZƏRTAC

“Bank of America Corp.” 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi bank sponsoru olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə FIFA elan edib. Qeyd olunur ki, bu, bank tarixində idmana qoyulan ən böyük sərmayədir.

ABŞ-ın aktivlər həcminə görə ən böyük ikinci bankı olan “Bank of America” əvvəllər Amerikanın Beysbol Liqasının (Major League Baseball, MLB) rəsmi tərəfdaşı olub.

Futbol üzrə dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin tarixində ilk dəfə olaraq ona üç ölkə ev sahibliyi edəcək, iştirakçıların tərkibi isə 32-dən 48 milli yığmayadək genişləndiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top