
Bank BTB-də vakansiya
Bank “BTB” ASC Kreditlərə nəzarət departamentinin Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Kreditlərə nəzarət departamentinin baş mütəxəssisi
İş barədə məlumat:
- Kredit və girov bazarlarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin Bankın strategiyasına uyğun olaraq təkmilləşdirilməsi üzrə təkliflərini Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
- Akkreditiv və qarantiyalar üzrə müraciətləri qiymətləndirmək;
- Akkreditiv və qarantiyaları hazırlamaq və onların uçotunu aparmaq;
- Kredit sifarişlərinin qiymətləndirilməsinə yenidən baxmaq;
- Müştərilərin gəlir mənbəyini analiz etmək;
- Satışların artırılması məqsədilə təkliflərini Kreditlərin ekspertizası şöbəsinin rəhbərinə vermək;
- Bankdaxili qaydalara uyğun olaraq, ehtiyac olduqda girovların (ipoteka) ilkin qiymətləndirilməsində iştirak etmək;
- Birbaşa rəhbəri tərəfindən həvalə edilmiş tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- ali iqtisadi təhsil;
- kredit sahəsində azı 2 il bank təcrübəsi;
- analitik qabiliyyət;
- İngilis, azərbaycan, rus dillərini bilmək;
- səmərəli ünsiyyət qurma bacarığı;
- işgüzar ünsiyyət etikası;
- komandada işləmə qabiliyyəti;
- Microsoft Office proqramlarında işləmə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.06.2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin ekspertizası şöbəsinin baş mütəxəssisi)göstərməyiniz xahiş olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Əmək müqaviləsinin tələb olunduğu hallar
Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı […]
-
Karvan-L-də yeni VAKANSİYA
Vakansiya haqqında daha ətraflı aşağıda qeyd olunub: Satınalma və logistika ilə bağlı gündəlik yazışmaların aparılması […]
-
İşaxtaran şəxslərin NƏZƏRİNƏ: məsləhət xidmətləri göstəriləcək
Məktəblidən tutmuş yetkin yaşına çatmış hər kəsə karyera xidməti barədə məsləhət vermək üçün “Alo Karyera” […]