
Balıq ətinin istifadəsi çox təhlükəli ola bilər!
ECONOMİC.AZ: ABŞ-ın Okeanşünaslıq İnstitutunun bir qrup aliminin iddiası böyük müzakirələrə yol açıb. Onlar deyir ki, qidada balıq ətinin istifadəsi çox təhlükəlidir. Səbəbini isə belə izah edirlər: müxtəlif su hövzələrinə düşən zərərli maddələr balıqların əzələlərində toplanır. Belə balıqları yeyən adamların təhlükəli xəstəliklərə yoluxma ehtimalı yüksəkdir. Tədqiqatda o da bildirilir ki, sudakı zərərli maddələrə yoluxan balıqdan hazırlanan xörək adamların immun sistemini məhv etmək gücündədir. Artıq bir neçə balıq növünün orqanizmində bu cür maddələr aşkarlanıb. Alimlər neft məhsullarından ayrılan zəhərli maddələrin balıqla yanaşı, digər ət məhsulları və südün tərkibində olacağından ehtiyat edirlər. Bu tədqiqatdan sonra bəzi adamlar balıqdan hazırlanan xörəklərdən imtina etsələr də, əksər sakinlər bunun fərqində deyillər. Və balıq yeməyə davam edirlər.
Azər Qismət
ekspert
BƏNZƏR MƏQALƏLƏR
-
Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı – FOTO
Alimlər hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamini müəyyən ediblər. Məlum olub ki, “D” […]
-
Rusiyada qətliam kimi qəza: Yük maşını işıqforda dayanan maşınları “biçdi” – FOTO/VİDEO
Rusiyanın Moskva vilayətində beş maşının toqquşması ilə nəticələnən dəhşətli qəza baş verib. Mıtışi şəhərində baş […]
-
Britni Spirs illər əvvəl “ən təhlükəli heyvan” adlandırdığı anasını bağrına basdı – FOTO
Amerikalı müğənni Britni Spirs qəyyumluq qalmaqalından sonra anası ilə ilk görüşündən danışıb. Bu barədə özünün […]