Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb.
Bu barədə Omsk hava limanının mətbuat xidməti “Telegram” kanalında məlumat verib.
“Bu gün Bakı-Omsk reysinin ilk sərnişinlərini şəhərimizə çatdıran “İrAero” aviaşirkətinin təyyarəsi Omsk hava limanına enib. Bir saatdan bir qədər sonra Omsk sakinləri Xəzər dənizinin sahillərinə, Azərbaycanın paytaxtına yola düşdülər. Xatırladaq ki, Bakı-Omsk-Bakı reysi 10 il idi reys cədvəlində deyildi. Ona görə də bunu inamla çoxdan gözlənilən hadisə adlandırmaq olar”, – deyə məlumatda bildirilib.
Azərbaycandan gedən qonaqları Omsk vilayətinin Turizm İnformasiya Mərkəzinin əməkdaşları qarşılayıblar. Əməkdaşlar Omsk şəhərinin turizm xəritələrini və regionun maraqlı yerləri ilə bağlı bələdçi kağızlarını paylayıblar. Qayıdış reysi üçün qeydiyyatdan keçməyə gələn sərnişinlər Omsk hava limanının baş direktoru Oleq Seliverstovdan suvenirlər və biznes salonunda xidmət üçün sertifikatlar alıblar.
Uçuşlar həftədə bir dəfə “Superjet 100” vasitəsilə həyata keçirilir. Təyyarə çərşənbə axşamı günü Omsk şəhərinə çatır və demək olar ki, dərhal əks istiqamətə uçur. Səyahət vaxtı 3,5 saat təşkil edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]