Bakıdan Ankaraya uçan təyyarə Tbilisidə eniş etdi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıdan Ankaraya uçan təyyarə Tbilisidə eniş etdi

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top