
Bakıda yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakı metropoliteni Xocəsən qəsəbəsində Bənövşəyi xəttin elektrik deposunun inşası çərçivəsində yerüstü stansiyanın tikintisini davam etdirir.
Bunu açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, stansiyanın vestibül, platforma səviyyəsində tikinti plana uyğun aparılır: “Tunelə qədər yol infrastrukturununun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır. Ümumən gələn ilin sonuna qədər stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Hazırda işlərin axarı qeyd edilən müddətə işlərin yekunlaşdırılması ilə bağlı problemlərin müşahidə olunmayacağını göstərir”. Trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]
-
Putindən Ərdoğana jest! Rusiya Akkuyu Elektrik Stansiyasına görə Türkiyəyə 15 milyard dollar göndərir
Rusiya Akkuyu Atom Elektrik Stansiyasına yatırımı üçün Türkiyəyə üç həftə ərzində 15 milyar dolar göndərəcək. […]
-
İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun […]