
Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Bakıda VII Beynəlxalq Bankçılıq Forumu (“IBF-2023”) işə başlayıb.
Oxu.Az xəbər verir ki, sabah başa çatacaq tədbir “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.
Forumun əsas mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq”dır. Tədbir “İmkanların azad olması: neobanklar və maliyyə ekosistemi”, “Özünəxidmətin yeni sərhədi”, “Maliyyə texnologiyaları və trendlər”, “Ödənişlərin təkamülü: minimum təmasa doğru”, “Əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası”, “Rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları”, “ESG bankçılığı”, “Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada pul köçürmələri” mövzularını da əhatə edir.
IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]