
Bakıda sürücünün ehtiyatsız davranışı ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO
Bakıda ötən gün gecə saatlarında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü 1.1 nişanlama xəttinin olduğu yolda qarşıda hərəkət edən VAZ-2107 markalı maşını ötmək istəyib.
Bu zaman “Saipa”nın sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini əvvəlcə VAZ-2107-yə, daha sonra yol kənarındakı ağaca çırpıb.
Qəza zamanı üç nəfərin yüngül bədən xəsarətləri aldığı bildirilib.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
BƏNZƏR MƏQALƏLƏR
-
Toyuğun “sürpriz” yumurtası sosial şəbəkədə gülüşlə qarşılandı – FOTO
Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qarşılanıb. Görüntünü “Gamelover42” ləqəbli “Reddit” istifadəçisi paylaşıb. […]
-
Türkiyədə yeni sindrom qeydə alınıb
Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan zəlzələlərdən sonra həm fəlakət qurbanlarında, həm də hadisədən […]
-
Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: “Qurğular bizi də narahat edir” – FOTO
“Memarlar İttifaqının binasına kondisionerlər 15 il öncə quraşdırılıb”. Bunu tarixi binaya kondisionerlərin və peyk anteninin […]