
Bakıda poçtla bağlı beynəlxalq iclas keçirilib
Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Bakıda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) üzrə Qəyyumlar Şurasının (Board of Trustees – BoT) iclası keçirilir. İclas iştirakçılarını Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından salamlayan RYTN-in Poçt sektorunun müdiri Novruz Məmmədov ölkəmizdə poçt sahəsinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, icra edilən layihələr, poçt qanunvericiliyi və digər məsələlər haqda məlumat verib.
Məlumat verilib ki, Ümumdünya Poçt İttifaqı ilə əməkdaşlıq çərçivəsində indiyədək 8 layihə həyata keçirilib. Bu layihələrə poçt yüklərinin daşınması üçün avtomaşın, müxtəlif çeşidli skaner, printer, izləmə sistemi avadanlıqlarının alınaraq poçt şəbəkəsində istismara verilməsi daxildir.
İclasda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurası adından müvafiq tövsiyələr səsləndirilərək, QSF tərəfindən reallaşdırılan layihələrin xüsusən inkişaf etməkdə olan ölkələrə töhfə verməkdə olduğunu, layihələrin bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Öz növbəsində QSF üzrə Qəyyumlar Şurasının sədri İzabel Tavares 20 sentyabr-7 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək XXVI Ümumdünya Poçt Konqresindən söz açaraq, QSF-nin gələcək fəaliyyətinin də məhz bu konqresdə müzakirə olunacağını vurğulayıb.
Xanım Tavares Xidmət Keyfiyyəti Fondunun növbəti illərdə işini daha fəal və müsbət istiqamət üzrə davam etdirəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, üç gün davam edəcək iclas Azərbaycanda ilk dəfə keçirilir.
Dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.
Sözügedən 9 ölkədən (ABŞ, Avstraliya, Portuqaliya, İsveçrə, Misir, Hindistan, Nigeriya, Çili) biri də Azərbaycandır. Azərbaycan Şurada Şərqi Avropa və Simali Asiya regionunu təmsil edir.
Ölkəmiz bu vacib orqanın üzvü olmaqla, milli poçt üçün bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində əhəmiyyətli imkanlar əldə etmiş sayılır.
sia.az
BƏNZƏR MƏQALƏLƏR
-
Şule Kaya: “Hər raketin yalnız bir dəfə uçuş həyata keçirmək şansı var”
“İki ay öncə Türkiyədə keçirilən “TEKNOFEST” müsabiqəsinə qatıldıq. Bu bizim hazırladığımız milli raketdir və missiyanı […]
-
Selçuk Bayraktar Azərbaycanda medalla təltif olunub – FOTO
“Dünən Azərbaycanda “Asan xidmət” tərəfindən “Səmərəli Əməkdaşlıq Medalı” ilə təltif olundum”. Bunu “Baykar” şirkətinin texniki […]
-
Pam Melroy: “Hindistanın Aya göndərdiyi qurğu bu sahədə ciddi motivasiya oldu”
“Hindistanın Ayın görünməyən cənub hissəsinə göndərdiyi qurğu əldə edilən məlumatların onlayn qaydada hər kəsə görünməsini […]