Bakıda piyada keçidini göstərən nişanlanma xətti niyə pozulub? – RƏSMİ CAVAB + FOTO/VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıda piyada keçidini göstərən nişanlanma xətti niyə pozulub? – RƏSMİ CAVAB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyada keçidini göstərən nişanlanma xətti pozulub.

Oxu.Az xəbər verir ki, “Vasmoy bazarı” kimi tanınan ərazinin yaxınlığında piyada keçidi pozulub. Bununla da piyadalar üçün keçiddə təhlükəli vəziyyət yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentliyin mətbuat katibi Tural Orucov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir.

“Boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi isə plan üzrə mərhələli qaydada həyata keçirilir”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top