
Bakıda kompüter ustası müştərinin sosial şəbəkə hesablarına qanunsuz daxil oldu – MƏHKƏMƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində kompüter sisteminə qanunsuz daxil olmada təqsirləndirilən Zakir Kərəmovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 5 000 manat məbləğində cərimə cəzası təyin edilib.
İttihama görə, Zakir Kərəmov fərdi qaydada kompüter təmiri ilə məşğul olur. Tanışı Zəfər Dadaşov (şərti) təmir etməsi üçün ona yeznəsi Namiq Qarazadənin (şərti) HP markalı notbukunu verib. Təqsirləndirilən şəxs notbukun daxili yaddaşını təmir etmək məqsədilə əməliyyat sisteminin bağlı olduğu elektron poçtu və həmin poçtun şifrəsini onlardan öyrənib. Sonra həmin poçta daxil olaraq notbuku təmir etməyin mümkün olmadığını görüb. Daha sonra Zakir 6 mart, 7 və 8 mart 2022-ci il tarixlərində yaşadığı ünvanda kompüter və mobil telefon ilə həmin “gmail”in bağlı olduğu Namiq Qarazadənin və onun həyat yoldaşının birgə istifadə etdikləri “Google Workspace” ekosistemində olan “Instagram” və “Facebook” sosial şəbəkələrində olan hesablarına, eləcə də “Yandex”, “Pinterest”, “Dropbox” və həmin ekosistemdə olan digər hesablara hüququ olmadan daxil olub.
Daha sonra zərərçəkmiş bunu bilib və hüquq-mühafizə orqanlara müraciət edib. Zakir Kərəmov saxlanıldıqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin beşinci iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv […]
-
Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Açıq məkanda reklamla əlaqəli süni zəka tətbiq ediləcək, […]
-
Səfir: “Türk dünyasının layihələri Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Türk dünyasının Azərbaycanda həyata keçirəcəyi layihələr təkcə neft […]