
Bakıda kabel-kanal sistemindəki nöqsanlar aradan qaldırılır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılması davam etdirilir.
Hazırda paytaxtın normadan çox yüklənən kabel-kanal sistemində səliqə-sahman yaradılır. Artıq xeyli sayda quyu texniki normalara uyğunlaşdırılıb.
Həyata keçirilən işlərin nəticəsi olaraq bütün normativ tələblərə cavab verən, keyfiyyətli və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların tələbatına cavab verən kabel-kanal sistemi yaradılacaq.
Qeyd edək ki, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdi. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var.
Trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
“WhatsApp”da yeni funksiya ilə bağlı detallar – FOTO
“WhatsApp”ın beta versiyasında “Newsletter” (xəbər bülleteni) xüsusiyyəti görünüb. Bu funksiya üzərində iş getdiyi barədə fevral ayında […]
-
Mask Obamanı “taxtından devirdi” – FOTO
Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı “Twitter” sosial şəbəkəsində ən çox oxunan […]
-
MARSA-nın icraçı direktoru: “Azərbaycanı nisbətən yüksək TV baxışı olan ölkələr sırasına aid etmək olar” -FOTO
MARSA şirkətinin icraçı direktoru İradə Sultanova “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: – 2023-cü […]