
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xətti çəkiləcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Bakı Dəmir yolu vağzalından hava limanına çəkiləcək dəmir yolunun uzunluğu 25 kilometr olacaq. Dəmir yolu aeroport istiqamətində avtomobil yolu ilə kəsişəcək və həmin ərazidən yerüstü dəmir yolu keçidi inşa olunacaq.
Artıq “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyinə müraciət edib və aeroport rəhbərliyi təklifə razılıq verib. Hazırda həmin dəmir yolu xəttinin layihəsi hazırlanır.
N.Əzməmmədov qeyd edib ki, Bakı Dairəvi dəmir yolu layihəsi çərçivəsində Zabrat-Maştağa-Albalılıq dəmir yolunun da bərpası nəzərdə tutulub.
Trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]