Bakı-Tbilisi aviareysləri hava şəraitinə görə gecikmə ilə yerinə yetirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı-Tbilisi aviareysləri hava şəraitinə görə gecikmə ilə yerinə yetirilib

Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın J2-9237 və aviaşirkətin tərkibinə daxil olan “Buta Airways”in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top